ABŞ-ın 2019-cu il hərbi büdcəsi təsdiqləndi

Print Friendly, PDF & Email

ABŞ Senatı 2019-cu ilin hərbi büdcəsini təsdiq edib.

Qaynarinfo Kommersant.ru-ya istinadən xəbər verir ki, büdcə 716 milyard dollar olacaq və əsas hədəf Rusiya, Çin, İran və Koreya Xalq Demokratik Respublikasına qarşı mübarizədir. Bundan əlavə, 2019-cu ildə hərbçilərin maaşını 2,6% artırmaq, yeni gəmilər, sualtı qayıqlar, helikopterlər və s.-nin alınması nəzərdə tutulub.

Qeyd edək ki, 12 fevralda ABŞ prezidenti Donald Tramp hərbi büdcənin 13% artırılacağını və bu məbləğin Avropada Rusiyaya qarşı mübarizəyə xərclənəcəyini açıqlamışdı.