“Real”ın yeni transfer hədəfi – Məhəmməd Salah

Print Friendly, PDF & Email

“Çelsi”dən Eden Hazardın transferini bitirməyə çalışan “Real” daha bir İngiltərə klubunun ulduzunu hədəfə alıb.

Fanat.Az “El Pais”ə istinadən xəbər verir ki, Madrid klubu “Liverpul”dan Məhəmməd Salahı istəyir.

Qeyd edək ki, Salah ötən yay “Roma”dan “Liverpul”a 42 milyon avroya transfer olunub. Hazırda “Transfermarkt” ona 150 milyon avro qiymət qoyub. Misirli ulduz 2017/18 mövsümündə “Liverpul”un heyətində 52 rəsmi oyuna çıxaraq 44 qol vurub və 16 məhsuldar ötürmə edib.