Tramp Çin məhsullarına əlavə vergi tətbiq etməyə tələsir

Print Friendly, PDF & Email

Ağ Ev Çin məhsullarına tətbiq edilən 10% gömrük vergisini 25%-ə qaldırmaq niyyətindədir.

Qaynarinfo News.com-a istinadən xəbər verir ki, ABŞ ticarət rəsmisi Robert Laythayzer prezident Donald Trampın gömrük vergisini 25%-ə, yəni 200 milyard dollara qaldırmağa həvəsli olduğunu dilə gətirib. Tramp Çindən intellektual mülkiyyətin mühafizəsi və texnologiya sənayesində mövcud olan bəzi qanunlarda dəyişikliklər edilməsini tələb edir. Lakin Vaşinqton və Pekin arasında son həftələrdə rəsmi danışıq baş tutmayıb.

Qeyd edək ki, ABŞ və Çin arasında son həftələrdə ticarət müharibəsi alovlanıb. Rəsmi Pekin Vaşinqtonla eyni qərarı qəbul edərək ABŞ məhsullarına əlavə vergi tətbiq edib.