“WhatsApp”da ödənişli mesajlar istifadəyə veriləcək

Print Friendly, PDF & Email

Biznes istifadəçilər “WhatsApp” messencerində müştərilərə reklam və xidmət xarakterli mesajların göndərilməsi üçün ödəniş etməli olacaqlar.

Qaynarinfo ICTnews-a istinadən xəbər verir ki, “WhatsApp” şirkəti müştərilərlə ünsiyyət saxlamaq üçün daha güclü vasitələrə ehtiyac duyan şirkətlər üçün böyük imkanların təqdim edildiyini açıqlayıb:

“Şirkətlər bəzi mesajları göndərmək üçün ödəniş etməli olacaq, beləliklə, şirkətlər göndəriləcək mesajlara fərqli yanaşmalı olacaq və çatda qarışıqlıq olmayacaq. Bundan başqa, mesajlar əvvəlki kimi “end-to-end” şifrlənməsi ilə qorunur və istənilən şirkəti bloklamaq mümkündür”.

“Röyters” agentliyinin məlumatına görə, şirkətlərin mesajlarının qiyməti ölkədən asılı olaraq 0,5-9 sent təşkil edəcək.