CəmiyyətDünya

“Instagram” və “Facebook”da yeni funksiya

“Instagram” və “Facebook” sosial şəbəkələrində yeni funksiya fəaliyyətə başlayacaq.

Xarici KİV-lərin yaydığı məlumata görə, bundan sonra istifadəçilər sosial şəbəkələrdə keçirdikləri vaxta nəzarət edə biləcəklər. “Instagram” və “Facebook”un rəsmi nümayəndələri Amit Ranadiv və Devid Qinzberq birgə bəyanatlarında qeyd ediblər ki, hər istifadəçi qabaqcadan sosial şəbəkədə keçirmək istədiyi vaxtı təyin edəcək. Limiti keçdikdə isə bildiriş gələcək.

Bunun üçün qabaqcadan “Tənzimləmələr” bölməsində “Instagram”da “Sizin fəaliyyət”, “Facebook”da isə “Sizin “Facebook”da vaxtınız” funksiyasını aktivləşdirmək lazım gələcək.

Bundan sonra istifadəçilər gün ərzində sosial şəbəkədə nə qədər vaxt keçirdiyini öyrənə biləcəklər. Həmçinin istifadəçilər qabaqcadan qoyduqları limiti keçdikdə xəbərdarlıq alacaqlar.(azvision.az)

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button