“Artek”də Uşaq Assambleyası elan edildi (FOTO)

Print Friendly, PDF & Email

Krımdakı məhşur uşağ dincəlmə düşərgəsi “Artek”də BMT-nin Uşaq Assambleyasının qurulduğu elan edilib.

Qara dəniz sahilindəki “Artek”də dincəlməkdə olan 63 ölkə vatandaşı olan uşaqlar, 27-28 iyul tarixlərində baş tutan iki günlük toplantının sonunda Birinci Uşağ Assambleyasının yekun bəyənnaməsini qəbul ediblər.

Bəyannamədə Uşaq Assambleyasının qurulmasında başlıca məqsədin çətin vəziyyətdəki ölkələrə humanitar dəstək verilməsi olduğu bildirilib. Bundan başqa gənclər arasında dostluq əlaqələrinin gücləndirilməsi, gənc istedadların ortaya çıxarılması ve onlara dəstək verilməsi yekun bəyannnamədə əksini tapan maddələr arasında yer alıb. Toplantı iştirakçıları çıxışlarında dünyadakı böhranların həllində diplomatiyanın roluna diqqət çəkərək, uşaqlar tərəfindən başladılan bu xalq diplomatıyası təşəbbüsünün də böyüklər tərəfindən eşidiləcəyinin ümüd edildiyi vurgulanıb.

Toplantı sonunda qəbul edilən bəyannamənin Rusiyanın Biləşmiş Millətlər Təşkilatındaki daimi nümayəndəliyinə göndərilməsinə də qərar verilib.

1925-ci ildə qurulan “Artek dünyanın ən yaxşı uşa1 düşərgələri içində yer alır. Krımdakı Ayı Dağı ile Gurzuf gəsəbəsi arasında 218 ha sahədə yerleşən “Artek” ilin hər mövsümündə dünyanın müxtəlif coğrafiyalarından uşaqları qonaq edir. Yay mövsümündə “Artek”də 3500, qışda isə 1500 uşaq eyni anda dincəlir. 2016-cı ildən etibarən beynəlxalg uşaq düşərgələri assambleyasının üzvü olan “Artek” 2017-ci ildə Rusiyanın ən yaxşı uşaq düşərgəsi seçilib.

Aqşin Kazımov

Aztoday.az