Siyasət

Putinin müşaviri Hardrutdakı silahlı toqquşmadan danışdı

“Dağlıq Qarabağda gərgin vəziyyət baş vermişdi, ancaq məsələ dərhal da yoluna qoyuldu”.

“RIA Novosti”-nin məlumatına görə, bu sözləri Rusiya Federasiyası prezidenti Vladimir Putinin mətbuat müşaviri Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

Peskov qeyd edib ki, baş verən hadisə barəsində məlumat azdır, ancaq Rusiya tərəfi situasiyaya nəzarət edir. “Bu, bizim sülhməramlılarımız üçün əlavə yükdür”, – mətbuat katibi deyib. Onun sözlərinə görə, baş verən hadisə barəsində operativ şəkildə əlaqələr qurulub.

“Əlimizdə təqdim etmək üçün olan informasiya budur”, – deyə Peskov vurğulayıb.

Bənzər yazılar

Back to top button