İqtisadiyyat

Deputatın direktor oğlu ilə Xidmət arasında məhkəmə çəkişməsi – Nöqsanlara yol verib?

Abşeron Rayon Mərkəzi Xəstəxanasına direktoru Azər İsmayılov barəsində protokol tərtib edilib.

Qaynarinfo-nun məlumatına görə, direktor barəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.4-cü (Əmək qanunvericiliyinin pozulması, işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə) maddəsi ilə inzibati protokol yazılıb.

Qeyd edək ki, bu xətaya görə vəzifəli şəxslər 700 manatdan 1500 manatadək məbləğdə cərimə edilirlər.

Dövlət Əmək Müfəttişliyi Xidmətinin protokolundan narazı qalan xəstəxana direktoru Abşeron Rayon Məhkəməsinə müraciət edib.

İşə 13.11.2023-cü tarixində hakim Elman Məmmədovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, Azər İsmayılov Cəbi oğlu 2017-2021-ci illər ərzində Yevlax Rayon Mərkəzi Xəstəxanasında, 2021-2022-ci illər ərzində isə Respublika Klinik Xəstəxanasında direktor kimi fəaliyyət göstərib. 28 dekabr 2022-ci il tarixindən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanovun müvafiq əmri ilə Abşeron Rayon Mərkəzi Xəstəxanasına direktor təyin edilib.

Cəbi İsmayılov

Azər İsmayılov Əməkdar həkim, 2000, 2005, 2010, 2015 və 2020-ci iliərdə Naxçıvan Muxtar Respublikasnın Ali məclisinin deputatı seçilmiş Cəbi İsmayılovun oğludur.

Bənzər yazılar

Back to top button