İdman

“Real”a qələbə qazandıran Modriç belə danışdı

“Real Madrid”in xorvat yarımmüdafiəçisi Luka Modriç İspaniya çempionatının 26-cı turunda “Sevilya” üzərində qazandıqları qələbəni şərh edib.

Fanat.az xəbər verir ki, AS onun deiklərini belə çatdırıb:

“Həmişəki kimi, biz yenə də evdə sonadək təslim olmadıq. Bunu dəfələrlə sübut etmişik. Əlbəttə, oyunun taleyini erkən həll etmək istəyirdik. Amma bəzən belə qələbə qazanmaq da xoşdur”.

Qeyd edək ki, “Kral klubu”nun Əndəlüs təmsilçisinin qapısına vurduğu yeganə qola 81-ci dəqiqədə Modriç imza atıb. 65 xala malik “Real” La Liqanın turnir cədvəlinə başçılıq edir.

Bənzər yazılar

Back to top button