İdman

“Neymarın ad günündə xanımım tualetə getməyimə belə icazə vermədi”

PSJ-nin yarımmüdafiəçisi Ander Errera komanda yoldaşı Neymarın ad günü partisində baş verənlərdən danışıb. Onun sözlərinə görə, sözügedən gecədə yuxarı mərtəbə evlilər, aşağı isə subaylar üçün nəzərdə tutulub.

Fanat.Az “The Sun”a istinadən xəbər verir ki, Errera həyat yoldaşının onu aşağı mərtəbəyə buraxmadığını bildirib:

“Orada nələr baş vermədi ki… Xanımım tualetə getməyimə belə icazə vermədi. O, məni aşağı mərtəbəyə buraxmadı. Neymar bir şeyi edəndə ilk növbədə necə yaxşı vaxt keçirəcəyini fikirləşir. Bu səfər də yaxşı vaxt keçirməyimiz üçün hər şeyi etmişdi”.

Bənzər yazılar

Back to top button