Dünya

Almaniya qaçqınlardan imtina edir

Almaniyada sığınacaq istəyi rədd edilmiş qaçqınların sürətli deportasiyası üçün xüsusi dövlət idarəsinin (Ingolstadt) açlışı olub. İdarə Almaniyanın Bavariya əyalətində açılıb.

Açılışda Bavariya əyalətinin baş naziri Markus Söder və əyalətin daxili işlər naziri Yoahim Herrmann iştirak edib. Baş nazir çıxışı zamanı bildirib ki, bundan əvvəl qorunma statusunda olmayan əcnəbilərin ölkədən çıxarılması ilə Federal Daxili İşlər Nazirliyi ilə birgə Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarənin əməkdaşları məşğul olub: “Bu da öz növbəsində problemlərə səbəb olub. Deportasiya qərarı alan şəxslərin ölkədən çıxarılması ləngiyib, onlar Almaniya ərazisində müxtəlif cinayətlər törədiblər. Bu idarə sığınacaq istəyi rədd edilən şxəslərin sürətli deportasiyası ilə məşğul olacaq”.

Bavariyanın daxili işlər naziri Yoahim Herrmann qeyd edib ki, hazırda Almaniya qaçqınların könüllü öz ölkələrinə qayıtması üçün müxtəlif dövlət proqramları işə salıb: “Amma, buna baxmayaraq barəsində deportasiya qərarı olanlar Almaniyanı tərk etmək istəmirlər. Hətta onlar bu müddət ərzində müxtəlif cinayətlər törədirlər. Qorunma statusu olmayan əcnəbilərin ölkədən çıxarlması üçün belə bir mərkəzə çoxdan ehtiyac var idi”.

Mərkəz avqustun 1-dən fəaliyyətə başlayıb.

Qeyd edək ki, Almaniya federal höküməti qaçqın statusu almış şəxslərin də sənədlərinin yenidən araşdırılacağını bəyan edib. Bu isə o deməkdir ki, federal hökümət qaçqın axınının qarşısını almaq və ən əsası da ölkədə məskunlaşmış qaçqın sayından azad olmaq istəyir. Həmçinin hökümətin sığınacaq vermək şərtlərinin də sərtləşdiriləcəyi gözlənilir.

Murad Əhmədov

AzToday.az

Bənzər yazılar

Back to top button