Mehman Hüseynovun anası vəfat etdi

Print Friendly, PDF & Email

Həbsdə olan video-bloqer Mehman Hüseynovun anası vəfat edib.

AzToday.az-ın qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, M.Hüseynovun anası 71 yaşlı Firəngiz Hüseynova bu gün dünyasını dəyişib. O, 3 həftə öncə intensiv ürək çatışmazlığı diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.

Bir neçə gün əvvəl M.Hüseynovun anası ilə görüşməsi üçün müraciət edilsə də, Penitensiar Xidmət rəhbərliyi bloqerin davranışlarını əsas gətirərək buna icazə verməmişdi.