Orxan Camal ölümündən sonra mükafata layiq görüldü

Print Friendly, PDF & Email

Afrikada öldürülən jurnalist Orxan Camal, rejissor Aleksandr Rostorquyev və operator Kirill Radçenko peşələrində göstərdikləri cəsarət və qətiyyətə görə “Araşdırmaçı Jurnalistlərə Dəstək İctimai Birliyi”nin «Редколлегия» (“Redaktor heyəti”) mükafatınaa layiq görülüblər.

Qaynarinfo Rusiya KİV-nə istinadən xəbər verir ki, mükafat mərhum jurnalistlərin yaxınlarına təqdim ediləcək.

Qeyd edək ki, Mərkəzi Afrika Respublikasında öldürülən jurnalistlər “PMC Vaqner” silah şirkətinin fəaliyyəti barədə sənədli film hazırlayırdılar.