Cəmiyyət

Yeni Yasamal qəsəbəsində magistral su kəmərində böyük qəza baş verib (VIDEO)

Bu gün Bakının Yasamal rayonunda magistral su kəmərində böyük qəza baş verib.

1400 millimetrlik su kəmərinin zədələnməsi nəticəsində Əsəd Əhmədov küçəsində su 10 metrə qədər yüksələn fəvvarə şəklində püskürüb.

Qəza ilə əlaqədar su vurulması dayandırılıb, daha sonra qəzanın nəticələrinin aradan qaldırılmasına başlanılıb.

FHN-dən verilən məlumata görə, yığılan su nasoslarla çəkilib.

Öz növbəsində “Azərsu” şirkətindən Yasamal və Səbail rayonunun bəzi hissələrində su verilməsində müvəqqəti məhdudiyyətlər olduğu bildirilib.

Magistral su kəmərində qəzanın nəticələri aradan qaldırılıb.

Bənzər yazılar

Back to top button