Bizim seçimCəmiyyətİqtisadiyyatManşet

Kəmaləddin Heydərovun oğlu təşkilatının Bakı ofisini də bağladı

Xəbər verdiyimiz kimi, fövqəladə nallar naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərovun Britaniyada təsis etdiyi Avropa Azərbaycan Cəmiyyəti (TEAS) bağlanıb.

Artıq cəmiyyətinin baş ofisi də köçürülüb. Unikal.org-a daxil olan məlumata görə, AAC-nin İsmayılbəy Qutqaşınlı, 99C, Bakı, Yasamal, AZ1073 ünvanında yerləşən ofisi də boşaldılıb.

Məsələ ilə bağlı sayt keçmiş ofisin əlqə telfonuna zəng edib. Ünvanda telfona cavab verən şəxs bildirib ki, ofis bir müddətdir boşaldılıb və hələlik AAC-a məxsus əlaqə nömrələri burada qalıb.

Qeyed ədək ki, BBC-nin məlumatına görə, 2008-ci ilin iyul ayında təsis olunan şirkətin bağlandığı Birləşmiş Krallıqda qeydiyyatda olan şirkətlərin rəsmi siyahısında yerləşdirilən sənədlərdə də göstərilib.

Sənədlərə əsasən, The European Azerbaijan Society (TEAS) adı ilə qeydiyyatda olan təşkilatın bağlanmasına dair qərarı Tale Heydərov bu il, iyul ayının 6-da verib.

TEAS-ın keçmiş direktoru, bu ilin iyuluna qədər ona rəhbərlik etmiş Lionel Zetter BBC-yə bu məlumatla bağlı şərh verməkdən imtina edib.

TEAS “Azərbaycan barədə insanları məlumatlandırmaq və Avropa ölkələrilə Azərbaycan arasında siyasi və mədəni əlaqələrin möhkəmləndirilməsinə vasitəçilik” etmək məqsədi ilə yaradılmışdı.

Britaniyadan başqa, şirkət həmçinin Azərbaycan, Fransa, Almaniya, Belçika və Türkiyədə də fəaliyyət göstərirdi.

Bənzər yazılar

Back to top button