İdman

“Real”ın Ronaldonun yerinə gətirəcəyi futbolçunun adı açıqlandı

“Real” Kriştiano Ronaldo komandadan ayrılacağı halda transfer edəcəyi futbolçunu müəyyənləşdirib. Fanat.Az xəbər verir ki, bu barədə məşhur “Don Balon” dərgisi məlumat yayıb.

İddia olunub ki, “Real” Ronaldonun yerinə Neymarı gətirəcək. Braziliyalı ulduz bu yay “Barselona”dan PSJ-yə 222 milyon avroya transfer olunub. Amma Neymarın Fransa Liqa 1-dəki mübarizədən razı olmadığı bildirilir. Bu səbəbdən onun Fransa macərasının qısa sürəcəyi bildirilir. Onun “Real”a transfer olunmaq ehtimalı yüksək dəyərləndirilir. Hətta klub prezidenti Florentino Peresin Neymar?n atası ilə görüşərək mümkün transferin detallarını müzakirə etdiyi də bildirilir.

Bənzər yazılar

Back to top button