Dünya

Çində kömür mədənində partlayış: 4 ölü, 9 itkin

Çinin cənub-qərbində yerləşən “Guizhou” əyalətindəki kömür mədənində parltayış meydana gəlib.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, “Zimujia” kömür mədənindəki partlayışda 4 nəfər dünyasını dəyişib, 9 nəfər isə dağıntılar altında qalıb. Xilasetmə tədbirləri davam etdirilir.

Qeyd edək ki, partlayışın səbəbi hələlik bilinmir.

Bənzər yazılar

Back to top button