CəmiyyətİqtisadiyyatManşetÖnə çıxanlar

Milyonçu vətənin dilənçi övladları – Azərbaycandan qaçmaq növbəsinə düzülənlər (VİDEO)

Aşağıda təqdim etdiyimiz videokadrlara baxıb, xəcalət çəkməmək mümkün deyil. Çünki bu görüntülər əhalinin sosial rifahının yüksəlməsi, iqtisadi inkişaf, ən əsası da hər il yüzminlərlə yeni iş yerlərinin açılmasına dair rəsmi statistika ilə heç cür uzlaşmır. Əvvəlcədən deyək ki, az qala izdiham adlandıra biləcəyimiz bu növbə Polşanın Bakıdakı səfirliyi qarşısında yaşanır.

Gördüyünüz kimi, növbədə duranlar hamısı əmək qabiliyyətli kişilərdir. Bu insanlar Polşaya Avropanı turist kimi gəzib, görmək istəyilə yox, 500-600 avroluq iş ardınca gedirlər. Və bu kişilər son 15 ildə 200 milyard dollara yaxın neft pulu daxil olan Azərbaycanın vətəndaşlarıdır. Özü də onlar Şərqi Avropanın ən kasıb, ən korrupsiyalaşmış və miqrantlara heç də xoş üz göstərməyən ölkələrindən birinə üz tuturlar, həmin ölkənin puluna, çörəyinə möhtacdırlar…

Sözsüz ki, problemləri başından aşan və yalan rəqəmlərin, boş vədlərin arxasınca gedib, öz ölkəsində 200-300 manat əmək haqqı təklifilə üz-üzə qalan, ümidini itirmiş bu həmvətənlərimiz öz vətənlərini xoş gündən tərk etmirlər. (AzPolitika.info)

Bənzər yazılar

Back to top button