Bizim seçimHadisəİqtisadiyyat

İyul ayında işıq pulu niyə çox yazılıb? (FOTOLAR/AÇIQLAMA)

Son günlər vətəndaşlar elektrik borcunun artıq gəlməsindən şikayətlənirlər.

Qaynarinfo xəbər verir ki, bu barədə sosial şəbəkələrdə çoxsaylı işıq çeki paylaşılıb. Vətəndaşların əksəriyyəti işıq pulunun ötən aylarla müqayisədə 2-3 dəfə artıq gəlməsindən narahatdırlar.

Sabiq millət vəkili, iqtisadçı-ekspert Nazim Bəydəmirli indiyə kimi bu qədər işıqpulu verdiyini xatırlamadığını yazıb:


Digər bir istifadəçi isə ötən ay 22.54 AZN işıqpulu ödəsə də, bu ay təxminən 2 dəfə artıq borc gəldiyini və bunun elektrik sərfiyatı ilə əlaqəli olmağına inanmadığını qeyd edib:

Məsələ ilə bağlı “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevlə əlaqə saxladıq. Qurum rəsmisi hər kəsin öz sayğacına nəzarət edə biləcəyini söyləyib və artımın havaların isti keçməsi ilə əlaqədar sərfiyatın artması ilə əlaqələndirib:

“Niyə çox gəlir ki? Kim nə qədər işlədirsə, o qədər də borc gəlir. Hər kəs özü öz sayğacına nəzarət edə və ay ərzində nə qədər elektrik istifadə etdiyinə baxa bilər. Yəqin havaların isti keçməsi səbəbindən sərfiyat artıb. Bu səbəbdən də görünür vətəndaşlar elektrikdən bu ay daha artıq istifsadə ediblər”, – deyə o, bildiib.

Bənzər yazılar

Back to top button