“Başakşəhər”dən Arda Turana zərbə

Print Friendly, PDF & Email

Super Liqasının 2017/18 mövsümünün XXXII turunda “Sivasspor”la ev oyununda yan xətt hakiminə hücum edərək onu itələdiyi, hədələdiyi və təhqir etdiyi üçün TFF tərəfindən 16 oyunluq cəza alan, sonradan cəzası 10 oyuna endirilən Arda Turana növbəti zərbə klubu “Başahakşəhər”dən gəlib.

Fanat.Az xəbər verir ki, klub Avropa Liqasının “Barnli” (İngiltərə) ilə oyunu üçün açıqladığı heyətdə Ardanın adı yer almayıb. TFF-nin qərarı Super Liqa və Türkiyə Kubokuna aid olsa da, baş məşqçi Abdullah Avcı Ardanı səfərə aparmağı lazım bilməyib.

Qeyd edək ki, 2011-i ildə “Qalatasaray”dan “Atletiko”ya 13, 4 il sonra “Barselona”ya 34 milyon avroya (bonuslarla 41 milyon avro) transfer olunan Ardaya “Transfermarkt” maksimum qiyməti 2015-ci ilin yanvarında qoyub – 35 milyon avro. 2017-ci ilin yanvarında isə saytın dəyərləndirməsinə görə onun qiyməti 28 milyon avro idi. İndi isə onun transfer qiyməti 4 milyon avrodu.