İdman

Çalhanoğlundan italyanlara sərt cavab: “Biz belə bir ölkəyik”

“AVRO-2020″nin seçmə mərhələsinin Fransa – Türkiyə oyununda (1:1) meydana ikinci hissədə daxil olan Hakan Çalhanoğlu matçda əsgər salamı vermələrilə bağlı açıqlama verib.

Qaynarinfo xəbər verir ki, futbolçu oyundan sonra İtaliya mətbuatının suallarına əsəbiləşərək bunları deyib:

“İtalyanlar bizim oyundakı hərəkətimizi dərhal siyasətə bağladılar. Siyasət ayrı, futbol ayrı. Bizim ölkəmiz belədir. Heç vaxt təslim olmaz, həmişə dik dayanar. Biz bir-birimizə həmişə dayaq olur, kömək edirik. Biz belə bir ölkəyik. Fransa oyununda da komanda olaraq çox yaxşı mübarizə apardıq”.

Bənzər yazılar

Back to top button