Cəmiyyət

“Üzr videoların” yayımlanması qanuna uyğundurmu?

Zaman-zaman sosial şəbəkələrdə bu və ya digər şəxslərin «üzr videoları» yayılır.

Yolda sürət həddini aşan sürücülər, karantin rejimini pozan şəxslər videokameranın qarşısında öz əməlindən peşman olduğunu və xalqdan üzr istədiklərini bildirirlər.

Həmin videoların Daxili İşlər Nazirliyi tərəfindən çəkilməsi və yayılması bildirilir.

Son zamanlar isə ictimai fəallar həmin videoların çəkilməsinə etiraz olaraq öz «üzr videolar»ını çəkməyə başlayıb.

Bəzi ekspertlərin fikrincə isə Zaman-zaman sosial şəbəkələrdə bu və ya digər şəxslərin «üzr videoları» yayılır.

Yolda sürət həddini aşan sürücülər, karantin rejimini pozan şəxslər videokameranın qarşısında öz əməlindən peşman olduğunu və xalqdan üzr istədiklərini bildirirlər.

Həmin videoların Daxili İşlər Nazirliyi tərəfindən çəkilməsi və yayılması bildirilir.

Son zamanlar isə ictimai fəallar həmin videoların çəkilməsinə etiraz olaraq öz «üzr videolar»ını çəkməyə başlayıb.

Bəzi ekspertlərin fikrincə isə «üzr videoların» çəkilməsi və yayılması heç bir hüquqi normaya söykənmir.

Sözügedən videoların yayılmasında məqsəd nədir? Bu qanunvericiliyə uyğundurmu?

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Turana bildirilib ki, hər bir halda ictimai qayda, ictimai təhlükəsizlik, eləcə də cinayət tərkibi yaradan hallarla bağlı qanunvericilikdə müvafiq olaraq öz əməlini etiraf edib ondan səmimi peşmançılıq hissini keçirənlər də var, keçirməyənlər də. «Peşmançılıq hissini bildirmək qanuna uyğun deyilsə, onda törədildiyi cinayət və ya inzibati xəta əməlindən peşman deyiləm deyənləri necə başa düşək?».

Qeyd olunub ki, polis hər bir halda ictimai qayda ya da inzibati xəta, cinayət tərkibi yaradan əməllərə görə kiminsə səmimi peşmançılıq keçirməsi və yaxud keçirməməsi ilə bağlı qanunvericilikdən irəli gələn hüquq normasının tədbiq olunmasında vətəndaşın istəyini nəzərə alır. «Üzrxahlıq edilməsi, bağışlanılması, səmimi peşmançılıq hissin keçirilməsi və yaxud keçirilməməsi ilə bağlı qanunvericiliyin normalarında hər hansı qadağa yoxdur».

Hüquqşünas Ələsgər Məmmədli isə AzadlıqRadiosuna bildirib ki, hər hansı inzibati pozuntuya yol verdiyi şəxslər ardıcıl olaraq bu cür üzr videolara çəkilirsə və bunu Daxili İşlər Nazirliyi sosial şəbəkələri vasitəsilə yayırsa bu, birmənalı olaraq polislərin bunu çəkdirdiyi görüntüsünü yaratmış olur. «Bu da istər-istəməz qarşımıza Konstitusiyanın 47-ci maddəsi aspektindən ciddi hüquq pozuntusu anlamına gəlir».

O, qeyd edib ki, nəzarət altında olan və müvəqqəti olaraq azadlığı hər hansı formada məhdudlaşdırılmış şəxslərin bu videoları yaymaq imkanları yoxdur. «Bu da o anlama gəlir ki, videoları həmin şəxslərə nəzarət edənlər yayır. Bu da açıq şəkildə şəxsi hüquqlara və ifadə azadlığına müdaxilə hesab olunur».

Hüquq müdafiəçisi Rüfət Səfərovun sözlərinə görə üzr videoların istər hüquqi araşdırmada, istər istintaqda heç bir hüquqi nəticəsi yoxdur. «Hüquq-mühafizə orqanlarının fəaliyyət istiqamətləri arasında üzr istətmək kimi heç bir norma yoxdur».

Onun fikrincə, burada vətəndaşın şərəf və ləyaqəti tapdalanır. «Bu videolarda üzr istəyən şəxslər öz iradəsi daxilində, sərbəst şəkildə bunu ifadə etmir. Mən hüquq müdafiəçisi kimi həmin şəxslərin bunu mənəvi təzyiqin altında etdiyini qənaətindəyəm. İstənilən şəxsin, hətta cinayət törətmiş resedivistin belə bu şəkildə alçaldılmasını qanunvericilik istisna edir».

R.Səfərov qeyd edib ki, əsas və əlavə cəza növləri arasında üzr kimi anlayış yoxdur. «Bu metodu tədbiq etməklə cəmiyyətə sanki əlavə bir gözdağı edilir».

Bənzər yazılar

Back to top button