Bizim seçimGündəmHadisəManşet

Muxtar Babayev qalmaqallı departament direktorunu işdən çıxartdı, yerinə təyinat oldu

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin direktoru Ağaqardaş Qaraşov işdən çıxarılıb.

AzToday.az-a daxil olan məlumata görə, nazir Muxtar Babayev Ağaqardaş Qaraşovun yerinə Namiq Xıdırovu təyin edib.

Muxtar Babayev nazir təyin olunandan sonra özü ilə nazirliyə gətirdiyi Namiq Xıdırov ETSN-də  audit şöbəsinin müdiri işləyirdi.

Qeyd edək ki, son zamanlar Ağaqardaş Qaraşovun adı mediada ölkədə davam edən “yaşıl soyqırım”da əsas günahkarlarından biri kimi hallanırdı. Son günlər departmantdə yoxlamalar aparıldığı da Aztoday.az-a daxil olan məlumatlar sırasındadır.

Ağaqardaş Qaraşov

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova kadr dəyişikliyi ilə bağlı xəbərləri təsdiqləyib.

Onun sözlərinə görə, ETSN-də yeni yaradılan Meşələrin İnkişafı Xidmətinin rəhbəri Namik Xıdırov təyin edilib:

“Bu təyinata qədər o, nazirlikdə şöbə müdiri vəzifəsində çalışıb”.

Bənzər yazılar

Back to top button