İdman

“Real” və “Barselona” 18 milyon avro gəlirdən məhrum oldular

Beynəlxalq Çempionlar Kubokunun ləğv olunması klubların maliyyə itkilərinə səbəb olub.

Bu il turnir “El Klasiko”ya şahidlik edəcəkdi. “Real” və “Barselona” Las-Veqasda üz-üzə gəlməli idilər. Fanat.Az “Marca”ya istinadən xəbər verir ki, BÇK-nın ləğv olunması nəticəsində “kral klubu” və “katalonlar” hərəyə 18 milyon avro gəlirdən məhrum olacaqlar.

Beynəlxalq Çempionlar Kuboku 2013-cü ildən bəri aparıcı klubların iştirakı ilə yay aylarında keçirilən yoldaşlıq turniridi.

Qeyd edək ki, turnir koronavirus pandemiyası səbəbindən baş tutmayacaq.

Bənzər yazılar

Back to top button