Yaponiyada 133 reys təxirə salındı: 89 min insan təxliyə edilir

Print Friendly, PDF & Email

Yaponiyada “Şanşan” tayfununun yaxınlaşması səbəbindən paytaxt Tokioda və qonşu Çiba bölgəsində ümumilikdə 130 aviareys təxirə salınıb.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, “Şərqi Yaponiya Dəmir Yolları” şirkəti də öz növbəsində bölgədə bir sıra sürət qatarlarının hərəkətinin məhdudlaşdırılması barədə xəbərdarlıq yayıb.

Bu xüsusilə Çiba bölgəsi istiqamətində hərəkət edən qatarlara aiddir.

Bununla yanaşı Mobara şəhərinin rəsmiləri tayfun səbəbindən Çibadan 89 min insanın təxliyə edilməsini tövsiyyə ediblər.

Mobarada 33 təxliyyə məntəqəsi var. Həmçinin İbaraki əyalətində də 4 min insanın təxliyyə üçün hazır olmaları tövsiyə edilib.

Qeyd edək ki, Tayfunun çərşənbədən cümə axşamına qədər paytaxt Tokioya çatması gözlənilir. “Şanşan” tayfununun mərkəzində təzyiq 970 hektopaskaldır. Mərkəzdə küləyin sürəti saniyədə 35 metrə çatır. Tayfunun hündürlüyü 50 metrdir.