İdman

Türkiyə klubundan “Barselona”ya məzəli təklif – FOTO

Türkiyənin “Giresunspor” klubu “Barselona”ya maraqlı təklif edib.

Fanat.Az xəbər verir ki, 1-ci liqa klubu sosial media hesabı vasitəsi ilə kataloniyalıları Giresuna dəvət edib.

“Sizi dünyanın ən keyfiyyətli fındığını yeməyə Giresunun Barça kəndində gözləyirik” deyə “Giresunspor”un rəsmi səhifəsi yazıb.

“Barselona”nın cavabı da özünü çox gözlətməyib: “Bu doğrudur. Girsunda Barça adlı bir kəndin olduğunu bilirik. Bu Türkiyə ilə olan bağlarımıza başqa bir örnəkdir. Orada yaşayan “Barçalılar”a salam olsun”.

Bənzər yazılar

Back to top button