Sabiq baş nazirə qarşı növbəti korrupsiya iddiası

Print Friendly, PDF & Email

Malaziyanın sabiq baş naziri Nəcib Razaka qarşı növbəti korrupsiya ittihamları irəli sürülüb.

Qaynarinfo Guardian-a istinadən xəbər verir ki, əksəriyyəti Razaka məxsus “1Malaysia Development Berhad” investisiya fondu ilə əlaqədar olan korrupsiya, rüşvətxorluq, çirkli pul yuma ittihamlarına yeni 3 iddia əlavə edilib. Bildirilir ki, “SRC International” şirkəti Razaka aid hesablara 10,3 milyon dollar köçürüb və həmin məbləğ mənimsənilib.

Qeyd edək ki, sabiq baş nazir milyardlarla dollar oğurluğunda ittiham edilir.