İqtisadiyyat

Azərbaycanda 2 zavod satışa çıxarıldı – 6 milyon manata

Azərbaycanda iki zavod 6 milyon manata satılır.

Ölkə.az-ın məlumatına görə, bunlar sement və beton zavodudur. Binəqədi rayonunda yerləşən zavodun istehsal gücü sutka ərzində 600 ton sement istehsal etməyə imkan verir.

Müəssisənin ümumi ərazisi 1.7 hektardır və lazımi texniki avadanlıqlarla təchiz olunub.

Türkiyə istehsalı olan Beton zavodun istehsal gücü saatda 130 m³ beton istehsal etməyə imkan verir.

Zavod kompleksinə 2 mərtəbəli ofis binası, yeməkxana, laboratoriya, təmir emalatxanası, yataqxana, anbarlar və başqa texniki otaqlar da daxildir. Müəssisənin ümumi ərazisi 1.12 hektardır.

İki obyekt ümumilikdə 5 milyon 800 min manata təklif olunur.

Bənzər yazılar

Back to top button