İdman

“Çelsi” futbol tarixinin ən bahalı qapıçısını transfer etdi – RƏSMİ

“Çelsi” “Atletik”in qapıçısı Kepa Arrizabalaqanı transfer edib.

Fanat.Az xəbər verir ki, bu barədə Bilbao təmsilçisinin rəsmi saytına məlumat yayıb. London klubu ispan qolkiper üçün “Atletik”ə 80 milyon avro ödəyib. Bununla da 23 yaşlı qolkiper futbol tarixinin ən bahalı qapıçısı və həmçinin ən bahalı ispan futbolçu olub.

Qeyd edək ki, İspaniya millisinin üzvü 2012-ci ildən “Atletik”də çıxış edir.

Bənzər yazılar

Back to top button