“Mançester Yunayted”in təklifini rədd etdi

Print Friendly, PDF & Email

“Bavariya”nın futbolçusu Jerom Boatenq “Mançester Yunayted”ə keçməkdən imtina edib.

Qol.az-ın Almaniya mətbuatına istinadən yaydığı xəbərə görə, 29 yaşlı müdafiəçi “Mançester Yunayted”də uğur qazanmaq şansının hazırkı klubu ilə müqayisədə az olduğunu düşünərək bu addımı atıb. Bundan başqa, Münhen klubunu İngiltərə təmsilçisinin 30 milyon avroluq təklifi qane etməyib.

J.Boatenqlə PSJ-nin də maraqlandığı və onun Paris klubuna keçmək ehtimalının daha yüksək olduğu iddia olunub.