Düşmənin növbəti təxribatı ifşa olundu

Print Friendly, PDF & Email

Azərbaycan Ordusunun bölmələrinin döyüş mövqelərində heç bir partlayış baş verməyib.

Qaynarinfo xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildiriblər.

Qeyd olunur ki, erməni tərəfinin yaydığı məlumat həqiqətə uyğun deyil, yalandır və düşmənin növbəti təxribatıdır: “Azərbaycan Ordusunun bölmələrinin döyüş mövqelərində heç bir partlayış hadisəsi baş verməyib.

Yayılan məlumat avqustun 6-da Ermənistan silahlı qüvvələrinin mövqelərinin birində, blindajda partlayışın baş verməsi barədə tərəfimizdən verilən məlumata düşmənin uğursuz cavab cəhdidir. Bölmələrimiz əməliyyat şəraitinə tam nəzarət edir”.