Hadisə

Bu il Azərbaycanda yol qəzalarında neçə nəfər həlak olub ?

Bu ilin yanvar-iyun aylarında Azərbaycanın avtomobil yollarında 806 və ya 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 5 faiz az yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az-ın məlumatına görə, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 6,4 faiz azalaraq 1074 nəfər olub. Onlardan 311-i həlak olub, 763-ü isə yaralanıb.

Hadisələrin 39,5 faizi gündüz, 38,7 faizi gecə, 21,8 faizi isə toran vaxtı baş verib, 30,1 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.

Yol-nəqliyyat hadisələrinin 91,2 faizi yaşayış məntəqələrində baş verib, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilin müvafiq dövrünə nisbətən 12,1 faiz artaraq 250 nəfər, yaralananların sayı isə 6,5 faiz azalaraq 728 nəfər olub.

Bənzər yazılar

Back to top button