Dünya

Əfqanıstanın I vitse-prezidentinə sui-qəsd: Ölənlər var

Əfqanıstanın birinci vitse-prezidenti Əmrullah Saleh hücuma məruz qalıb.

Qaynarinfo xəbər verir ki, partlayış nəticəsində o xəsarət almasa da, iki nəfər həlak olub, yeddi nəfər yaralanıb. Bu barədə Salehin Facebook-dakı mətbuat xidmətinin nümayəndəsi məlumat verib.

“Əfqanıstanın düşməni yenidən Əmrullah Salehə zərər verməyə çalışdı”, – onun mesajında deyilir.

Partlayış səhər saatlarında Kabildə Taimani meydanında baş verib. Bir şahidin sözlərinə görə, bomba vitse-prezidentin maşın karvanının yolunda partlayıb, qurbanların arasında Salehin mühafizəçiləri də var.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button