Xeber.info portalı haker hücumuna məruz qalıb

Print Friendly, PDF & Email

Xeber.info xəbər portalı hakerlərin hücumuna məruz qalıb.

AzToday.az xəbər verir ki, bu barədə saytın baş redaktoru Cavid Cabbarlı məlumat verib.

Onun sözlərinə görə, Xeber.info saytına edilən hücumlar nəticəsində sayt dağılıb: “İki gündür ki, sayta hücumlar ara vermir. Sayt çökdürülüb. Texniki əməkdaşlarımızın səylərinə baxmayaraq, saytı bərpa etmək mümkün deyil”.

Baş redaktor hesab edir ki, sayta edilən haker hücumları Xeber.info-da dərc olunan “Müdafiə Nazirliyində kredit və korrupsiya qalmaqalı – Zahid Niftəliyev orduda əsas söz sahibinə çevrilib?” başlıqlı məqalədən sonra başlayıb:

“Sayta giriş mümkün deyil. Həmin məqalənin dərcindən qısa bir müddət sonra sayt tam çökdürüldü”.

Qeyd edək ki, Cavid Cabbarov Almaniyada siyasi mühacirdir və hakimiyyəti tənqid etdiyi üçün təqib olunur.