Sağlamlıq

Yoluxma azaldı, sağalanların sayı artdı – Günün statistikası

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1809 yeni yoluxma faktı qeydə alınıb, 2191 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 33 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 309 789 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 274 766 nəfər müalicə olunaraq sağalıb, 4 307 nəfər vəfat edib. 30 716 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 097, bu günə qədər isə ümumilikdə 3 164 974 test icra olunub.

Azərbaycanda son sutkada 14424 nəfərə koronavirus (COVID-19) əleyhinə vaksin vurulub.

Birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 8199 nəfər, ikinci mərhələdə vaksinasiyadan keçənlərin sayı 6225 nəfərdir.

Ölkədə 18 yanvar 2021-ci ildən indiyədək ümumilikdə 1 396391 nəfərə COVID-19 əlyehinə vaksin vurulub. Onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 926076 nəfər, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 470315 nəfərdir.

Bənzər yazılar

Back to top button