Bizim seçimCəmiyyətİqtisadiyyatSiyasət

“Otel dövlət”

Bu coğrafiyanı bizə veriblər, yoxsa özümüz seçmişik?
Torpağ seçilir və yurd edilir,
Yurd üçün savaşılar, qan tökülər,
Vətən məzardır, kəlmə anlamı da, daşıdığı mənası da.
Vətən olunan məzarını seçən ilk öncə kişiliyini seçər, sonra məzarını.
Kişiliyi olmayanın məzarlaşma dərdi olmaz.
Kişilik isə kimliyə dönər,
Bu kimliyin bel sütünu onun mənalandırdığı dəyərləridir.
Bu dəyərlər bu kimliyin nəyi necə oxumasına bağlıdır,
Oxuma olmaya dönər.
Kişilik həyat oxuması ilə başlar, bu oxuma suallara cavablardır,
Nə üçün,nədən,nəyə görə, niyə,
Suallar kişiliyi kimlik edər,cavablar həyat üçqn qanunlara dönər.
Sonra zaman keçdikcə bu sualları soruşsan,gələn nəsllər bilməz,amma bu qanunları qoruyar.
Olmaq, kim olmaq?
İnsanlığın dərdi budur.
Dünən Tiflisdə idim,hər getdiyimdə bir Tiflis yazılır gözümə,
Bu Tiflis xidmətçi Tiflis idi,
Otel xidmətçisi olmaq uğrunda mücadilə verən Tiflisdə turistlər gəzir,turistlər yeyir,turistlər baxır,turistlər yaşayır,turistlər yatır,
Gürcülər isə xidmət edir.
Çinli, iranlı, holland, ərəb,
Keçən il 8 milyon turist qarşılayıb Gürcüstan,bu il 10 milyon ola bilər üçün proqramlar hazırlanıb.
Ölkə bir Otelə dönüb,otelləşib.Hər kəs bu otelləşmədən pay almaq istəyir,
Xidmətçi olmaq üçün ölkə bütün gücünü sərf edir.
“Bunun nəyi pisdir ki”, bir azərbaycanlının verəcəyi ilk sual bu olar,
Hamı pul qazanır, keyf edir,yaşayır.
Dərdim də bunu anlatmaqdır,
Hamı xidmətçi Olmağa çalışır,
Yeyib,içir və …
Və xidmətçi olur. Xidmət etdikləri “Otel kilentinə” dönür,
Otel yatağdan,yeməkdən və hamamdan ibarətdir,
Otel bu ehtiyacları ödəmə məkanıdır,
Otel ehtiraclar və ehtiyaclar yeridir,
Oteldə yaşanmaz, olarlar, qalarlar,yatarlar,danışarlar.
Dünənə qədər mallarını istifadə etdiklərimiz,bu gün mal kimi Otellərimizdə bizləri xidmətçi kimi mala döndərir,
Dünənə qədər mal dediyimiz mallar Nal satıb var sahibi olub,
Bizi xidmətçisi kimi minir.
Nə edək?
Tiflis Otel dövlətdir, artıq.
Dağı, çayı, dənizi, çölü, havası ilə minilliklər boyu var olan coğrafiyada Olma savaşı verib,
Gürcü olanlar,
Artıq Otel xidmətçiləridirlər,
Artıq Vətən yox onlar üçün, Otel var.
“Vətənə xidmət” itdi, Otelə xidmət dövrünü yaşayır Gürcüstan,
Vətən məzardır dedim əvvəldə,
İndi bu vətəni bizə Otelə çevirirlər,
Yeni Vətənimiz Oteldir, kişiliyimiz xidmətçilik.
Bu qədər.

İdris Heydərli

Bənzər yazılar

Back to top button