İdman

“Bizi söyürdülər, tüpürürdülər”

Kiyev “Dinamo”sunun baş məşqçisi Mirça Luçesku Konfrans Liqasının üçüncü təsnifat mərhələsində avqustun 17-də Buxarestdə keçiriləcək “Aris”lə (0:1) cavab oyununda rumın azarkeşlərdən dəstək gözləyir.

Aut.az xəbər verir ki, Luçesku Rumıniya mətbuatına bildirib ki, Salonikidəki matç zamanı onun futbolçuları və heyəti yunan azarkeşlərin söyüş və təhqirlərinə məruz qalıb.

“İndi komandamdan reaksiya gözləyirəm. Salonikidə haqsız yerə uduzduq. Penaltimiz verilmədi, qapımıza açıq-aşkar haqsız penalti verildi. Atmosfer daha çox “Rapid”-“Petrolul” oyunundakı kimi idi, amma azarkeşlər sivil deyildi.

Bizi söyürdülər, tüpürürdülər, hakim inanılmaz təzyiq altında idi. Buna görə də biz cavab qarşılaşmasında qalib gəlmək istəyirik. Daha sonra Buxarestdə “Beşiktaş”la matç olacaq. Onların azarkeşləri də komandalarını yaxşı dəstəkləyir”, – Luçesku bildirib.

Bənzər yazılar

Back to top button