Dünya

Yaxın Şərqdəki vəziyyətə baxmayaraq, ABŞ Ukraynaya yardımı davam etdirəcək

Cümə axşamı Birləşmiş Ştatlar İsrail və HƏMAS müharibəsinin Ukraynadan diqqəti yayındırması haqqında fikri təkzib edib. “Qətiyyən yox! Biz əvvəllki kimi bütün planetdə müxtəlif böhranlara diqqət yetirə bilirik”, deyə Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel brifinqdə Turan-ın suallarına cavabda bildirib.

“Bu, əlbəttə ki, Rusiyanın Ukraynaya qarşı davam edən təcavüzünü də ehtiva edir”, deyə o, əlavə edib.

Patelin şərhləri Ukrayna prezidenti Vladimir Zelenskinin bu həftənin əvəllərində İsraili və Qəzzə bölgəsini əhatə edən zorakılığın beynəlxalq ictimaiyyətin diqqətinin onun ölkəsində gedən müharibədən yayınması riski yaratdığını bildirməsindən sonra səslənib. “Beynəlxalq diqqətin Ukraynadan yayınması riski var və bunun nəticələri olacaq”, deyə Zelenski Fransa telekanalına müsahibəsində bildirib.

Patel xatırladıb ki, prezident Bayden bu yaxınlarda öz müraciətində “İsrailin öz təhlükəsizliyini qorumaq üçün zəruri olan hər şeyə malik olmasının, habelə ukraynalı tərəfdaşlarımızın öz təhlükəsizliklərini təmin etmək üçün əldə etdiyi dəstəyi əldə etməyə davam etməsinin” vacib olduğunu bildirib.

Bənzər yazılar

Back to top button