Cəmiyyət

Sabah güclü külək əsəyi, duman olacağı gözlənilir

Sabah, noyabrın 15-i səhər Bakıda və Abşeron yarımadasının bəzi yerlərində yağış yağacağı ehtimalı var.

Milli Hidrometeorologiya Xidmərinin məlumatına görə, arabir güclənən şimal-qərb küləyinin gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacağı gözlənilir. Havanın temperaturu gecə 11-14 dərəcə isti, gündüz 15-18 dərəcə isti olacaq.

Sabah Azərbaycanın bəzi yerlərində arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Gecə və səhər bəzi rayonlarda duman olacağı, qərb küləyinin bəzi yerlərdə arabir güclənəcəyi gözlənilir.

Havanın temperaturu gecə 7-11 dərəcə isti, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacaq.

Bənzər yazılar

Back to top button