Hadisə

Dövlət Gömrük Komitəsindən açıqlama: Məlumatlar həqiqətə uyğun deyil

Ötən gün bəzi kütləvi informasiya vasitələrində Heydər Əliyev Beynəlxalq Havalimanında gömrük nəzarətindən keçən İsrail vətəndaşına qarsı gömrükçülər tərəfindən qanunsuz hərəkətlərə yol verilməsi, onun üzərindəki valyutanın qanunsuz olaraq götürülməsinə dair həqiqətə uyğun olmayan məlumatlar yayılıb.

AzToday.Az xəbər verir ki, bu barədə məlumatı Dövlət Gömrük Komitəsinin mətbuat mərkəzi yayıb.

Qeyd edək ki, həmin şəxs valyutanı şalvarında xüsusi olaraq tikilən cibdə gizlədərək gömrük nəzarətindən keçirməyə çalışıb. Bunu aşağıdakı videoçəkilişdən də aydın görmək olar. 

Bu barədə qanunvericiliyin müvafiq müddəalarını diqqətinizə çatdırırıq.

1. Qeyri-rezident fiziki şəxslər tərəfindən valyuta sərvətlərinin Azərbaycan Respublikasından nağd şəkildə çıxarılması qaydaları “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının 21 oktyabr 1994-cü il tarixli, 910 nömrəli qanununa əsasən Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilir.

2. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 3 mart 2016-cı il tarixli, 16/1 nömrəli qərarı ilə təsdiq edilmiş “Rezidentlər və qeyri-rezidentlər tərəfindən xarici valyutanın Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından çıxarılması Qaydaları”nın 2.2 bəndinə əsasən, qeyri-rezident fiziki şəxslər məbləği 10000 ABŞ dolları ekvivalentinədək olan xarici valyutanı gömrük orqanında şifahi formada bəyan etməklə Azərbaycan Respublikasından nağd şəkildə çıxara bilərlər; 2.3 bəndinə əsasən, qeyri-rezident fiziki şəxslər 10000 ABŞ dolları ekvivalenti məbləğindən 50000 ABŞ dolları ekvivalenti məbləğinədək olan xarici valyutanın onun əvvəllər Azərbaycan Respublikasına nağd şəkildə gətirilməsini təsdiq edən gömrük sənədini və yazılı formada bəyannaməni gömrük orqanına təqdim etməklə Azərbaycan Respublikasından nağd şəkildə çıxara bilərlər; bütün digər hallarda xarici valyutanın qeyri-rezident fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasından çıxarılması yalnız müvəkkil banklar və poçt rabitəsinin milli operatoru vasitəsilə köçürmə yolu ilə həyata keçirilə bilər.

Bənzər yazılar

Back to top button