İdman

“Real” Messinin düşmənini transfer edir

Kriştiano Ronaldonu “Yuventus”a satan “Real” Tibo Kurtisin ardınca heyətinə daha bir ulduz qatır.

Fanat.Az İspaniya mediasına istinadən xəbər verir ki, “Kral Klubu” “İnter”dən Mauro İkardini transfer etməyə hazırlaşır. Hazırda kklub rəsmilərinin İtaliyada olduğu və danışıqlar apardığı bildirilir.

Futbolçunun həyat yoldaşı və meneceri Vanda Nara ilə Romadakı bir oteldə görüşən klub rəsmiləri təkliflərini irəli sürərək qarşı tərəfin tələblərini öyrəniblər.

Bildirilir ki, “Real” rəhbərliyi “İnter” rəsmiləri ilə də danışıqlar masasına oturacaq. Amma transferin ulduz futbolçunun müqaviləsindəki sərbəst qalma məlbəğini – 100 milyon avro ödədikdən sonra baş tutacağı bildirilir.

Qeyd edək ki, 2008-2011-ci illərdə “Barselona”nın aşağı yaş qruplarında oynayan 25 yaşlı hücumçu 2011-ci ildə 300 min avroya “Sampdoriya”ya, iki il sonra 13 milyon avroya “İnter”ə transfer olunub. İkardi indiyədək çıxdığı 130 A Seriyası matçında 110 qol vurub və 26 məhsuldar ötürmə edib.

Onu da qeyd edək ki, İkardinin Argentina millisinin və “Barselona”nın uduzu Lionel Messi ilə münasibətlərinin pis olduğu bildirilir. Hətta onun məhz bu səbəbdən Rusiyadakı dünya çempionatına aparılmadığı deyilir.

Bənzər yazılar

Back to top button