Trampdan Türkiyəyə ağır zərbə: gömrük rüsumu 2 dəfə artırıldı

Print Friendly, PDF & Email

ABŞ prezidenti Donald Tramp Türkiyədən idxal olunan alüminium və polada tətbiq olunan gömrük rüsumunun 2 dəfə artırılması ilə bağlı qərar verib.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, o, bu barədə rəsmi “Twitter” hesabında yazıb. Tramp iki ölkə arasındakı münasibətlərin hazırda lazımi səviyyədə olmadığını da qeyd edib.

Qərara əsasən alüminiuma 25 faiz, polada isə 50 faiz gömrük rüsumu tətbiq olunacaq.

Qeyd edək ki, ötən il Türkiyə ABŞ-a 1 milyard dollar dəyərində polad ixrac edib.