Dünya

Rusiyanın Birinci kanalında “Zaman” proqramının efiri müharibə əleyhinə aksiya ilə kəsildi

Bazar ertəsi Rusiya Televiziyasının Birinci kanalında “Vremya” proqramının canlı efiri müharibə əleyhinə aksiya ilə kəsilib.

Azadlıq radiosunun məlumatına görə, aksiyanın video yazıları sosial şəbəkələrin istifadəçiləri tərəfindən kütləvi şəkildə dərc olunur. Kadrlarda “Zaman” proqramının aparıcısı Ekaterina Andreyevanın studiyada oturaraq, hökumətin Qərbin sanksiyalarından nəticələrinin yumşaldılması planları haqqında danışdığı görünür. Həmin vaxt redaktor Marina Ovsyanikova studiyaya daxil olaraq, “Müharibəni dayandırın. Təbliğata inanmayın. Burada yalan danışırsınız” şuarları təsfir edən plakatla efirə çıxır.

Bir neçə saniyədən sonra “Zaman” proqramının rejissorları əvvəlcədən hazırlanmış süjetin kadrları ilə efiri dayandırdılar.

Bənzər yazılar

Back to top button