İdman

“Barselona”dan PSJ-yə daha bir transfer – 125 milyon avro

PSJ transfer bombasını partlatmağa hazırlaşır.

Fanat.Az xəbər verir ki, Paris klubu “Barselona”dan İvan Raktiçi transfer etmək niyyətində olduğu bildirilir.

“El Mundo Deportivo”nun məlumatına görə, bu mövsüm Çempionlar Liqasını qazanmağı hədəfləyən PSJ-nin sahibi Nasir Əl-Xəlifə Neymardan sonra “Barselona”dan daha bir ulduzun transferi üçün hərəkətə keçib. Qətərli milyarderin Raktiç üçün “Barselona”ya 125 milyon avro təklif etdiyi bildirilir.

Qeyd edilir ki, xorvat ulduzu “Monako” da istəyir. Lakin PSJ-nin daha israrlı olduğu və artıq təklifini qarşı tərəfə təqdim etdiyi bildirilir.

Qeyd edək ki, Raktiç 2014-cü ildə “Sevilya”dan “Barselona”ya 18 milyon avroya transfer olunub. Hazırda “Transfermarkt”ın 50 milyon avro qiymət qoyduğu 30 yaşlı futbolçu ötən mövsüm oynadığı 55 rəsmi matçda 4 qol vurub və 5 məhsuldar ötürmə edib.

Bənzər yazılar

Back to top button