İdman

“Barselona”, yoxsa “Sevilya”? – Superkuboku kim qazanacaq?

Bu gün İspaniya Superkubokunun sahibi müəyyənləşəcək.

Qol.az-ın məlumatına görə, həlledici qarşılaşmada La Liqanın qalibi “Barselona” ilə Kral Kubokunun finalçısı “Sevilya” üz-üzə gələcəklər. Mərakeşdə keçiriləcək görüş Bakı vaxtı ilə gecə saat 24:00-da start götürəcək.

Qeyd edək ki, ötən mövsüm “Barselona” həm çempionatda, həm də kubokda qalib olduğundan Superkubok matçı bu komanda ilə Kral kubokunun finalçısı arasında oynanılacaq. Onu da əlavə edək ki, kataloniyalılar kubokun finalında məhz “Sevilya”nı 5:0 hesabı ilə məğlub edərək, titula yiyələnmişdilər.

Bənzər yazılar

Back to top button