İqtisadiyyat

Sabiq deputatın şirkətinə 7 milyon manatlıq tender verildi

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu Bakının Sabunçu rayonunun Ramana qəsəbəsində 1 512 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində su təchizatı, kanalizasiya və suvarma sisteminin tikintisi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

Tenderin qalibi “Azərsutəchizattikinti” ASC-dir.

Qalib şirkətə 6 685,5 min manat ödəniləcək.

Xatırladaq ki, “Azərsutəchizattikinti” 2003-cü ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 24 442 manat, qanuni təmsilçisi isə Milli Məclisin V çağırış deputatı Mirzəcan Xəlilovdur. (Report)

Bənzər yazılar

Back to top button