Siyasət

Yerevan sanki sülh müqaviləsinə hazırdır

Ermənistan hökuməti Ermənistanın və Cənubi Qafqazın sülh yolu ilə inkişafı strategiyasını əldə rəhbər tutur və təbii ki, bu istiqamətdə addımlar atmağa hazırdır. Bu barədə bazar ertəsi Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Unanyan Yerevana sülh müqaviləsinin bağlanması və münasibətlərin normallaşdırılması təklifilə bağlı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun bəyanatını şərh edərkən deyib.

“Konkret sülh müqaviləsinin imzalanmasına gəlincə, biz dəfələrlə yüksək səviyyədə bəyan etmişik ki, bu, hökumətin prioritetlərindən biridir”, – “Armenpress” agentliyi Unanyandan sitat gətirib.

Türkiyənin xarici işlər naziri Çavuşoğlunun bir müddət öncə haqqında bəhs etdiyi “Zəngəzur dəhlizi”nə gəlincə, bu, “tam aydın ifadə deyil”, -Unanyan deyib.

“Digər tərəfdən, regional kommunikasiyaların açılması da hökumət üçün prioritetdir və bu istiqamətdə, o cümlədən “Erməni kəsişməsi” layihəsi çərçivəsində konkret addımlar atılır”, – Vaan Unanyan deyib.(Turan)

Bənzər yazılar

Back to top button