Dünya

Paşinyanın yeni rəqibi Ermənistana qayıdır: Sarkisyan aktiv siyasi fəaliyyətə başlayır

Müxalif mövqedən çıxış etsə, mövcud hakimiyyət onun hökumətə rəhbərlik etdiyi illərdəki fəaliyyətini araşdıracaq

AzToday.az Ermənistan mediasına istinadən xəbər verir ki, Ermənistanın keçmiş baş naziri Tiqran Sarkisyan tezliklə ölkəyə qayıdacaq və siyasi proseslərdə fəal iştirak edəcək. Məlum olduğu kimi, 2020-ci ilin fevralında T.Sarkisyanın Aİİ-dəki sədrlik müddəti başa çatır (rotasiya prinsipinə görə, həmin tarixdən sonra Aİİ-yə Belarus sədrlik edəcək).

“Past” qəzeti  öz mənbələrinə istinadən yazır ki, keçmiş baş nazirin yeni bir qüvvə şəklində siyasətə qayıda biləcəyi istisna edilmir. Eyni zamanda, Tiqran Sarkisyanın Ermənistana qayıdıb siyasi proseslərdə fəal iştirak edəcəyini proqnozlaşdıran hökumətdəki mənbələr qeyd edirlər ki, T.Sarkisyanın geri qaytarılması məsələsi Nikol Paşinyanın rəhbərlik etdiyi hakimiyyətin diqqət mərkəzindədir:

“Mənbəmizin iddiasına görə, Tiqran Sarkisyanın Ermənistana qayıtması müxtəlif cinayət işlərinin başlanması ilə müşayiət oluna bilər. Hökumət kuluarlarında dolaşan məlumatlara görə, T.Sarkisyanın Ermənistana qayıtdıqdan sonra, xüsusən də müxalif mövqedə olacağı təqdirdə, mövcud hakimiyyət onun hökumətə rəhbərlik etdiyi illərdəki fəaliyyətini müfəssəl araşdırmaya məruz qoymağı planlaşdırır”.

Xatırladaq ki, iqtisasca iqtisadçı olan Tiqran Sarkisyan 1998-ci ildən 2008-ci ilə qədər Ermənistan Mərkəzi Bankının sədri vəzifəsində çalışıb. 2008-ci ildə prezident Serj Sarkisyan tərəfindən Ermənistanın baş naziri təyin edilən T.Sarkisyan konkret bir səbəb göstərmədən 3 aprel 2014-cü ildə istefa verib. 2014-cü ilin iyunundan 2016-cı ilə qədər Ermənistanın ABŞ-dakı səfiri vəzifəsində çalışıb. 2016-cı ildən isə Avrasiya İqtisadi Komissiyasının kollgeiya sədri vəzifəsini daşıyır.

Bənzər yazılar

Back to top button