İdman

“Qollar fantastik idi” – Klopp darmadağını dəyərləndirdi

“Liverpul”un baş məşqçisi Yürgen Klopp İngiltərə Premyer Liqasının 10-cu turunda “Nottingem Forest” üzərində qazandıqları qələbəni (3:0) şərh edib.

Fanat.az xəbər verir ki, klubun rəsmi saytı onun dediklərini belə çatdırıb:

“Çox yaxşı oynadıq, amma mükəmməlləşmək imkanlarımız çoxdur. Qollar fantastik idi. Təmkinli olduğumuzu, kreativ göründüyümüzü də vurğulamalıyam. Dəqiq bilmirəm, statistik göstəricilərə baxmamışam, ancaq hardasa topa nəzarət 70 faiz bizdə idi. Buna rəğmən, ilk qolu əks-hücum sayəsində vurduq. Belə desəm, oyunumuz bütün komponentlərdə əla alındı”.

Qeyd edək ki, bu qələbə sayəsində xal hesabını 23-ə çatdıran “Liverpul” 4-cü pillədə mövqe tutub. Kloppun komandası lider “Tottenhem”dən 3 xal geri qalır.

Bənzər yazılar

Back to top button