Siyasət

DAS İlqar Məmmədovu təbrik etdi

Demokratik Azərbaycanı Seç (DAS) ictimai-siyasi təşkilatı Respublikaçı Alternativ Partiyasının (REAL) həbsdə olan sədri, siyasi məhbus İlqar Məmmədovun azadlığa buraxılması münasibəti ilə təbrik edib.

Təbrikdə deyilir:

“Bu gün Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə Respublikaçı Alternativ Partiyasının (REAL) həbsdə olan sədri, siyasi məhbus İlqar Məmmədov azadlığa buraxılıb. Bu münasibətlə REALçıları, İlqar Məmmədovu və onun doğmalarını təbrik edirik.

Hesab edirik ki, Azərbaycan hakimiyyəti İlqar Məmmədovun ömründən 5 il 7 ay oğurladı, bütün yaxınlarını, rəhbərlik etdiyi siyasi təşkilatın üzv və təəssübkeşlərini, ümumilikdə Azərbaycan cəmiyyətini gərginlikdə saxladı. Heç bir cinayət törətməyən siyasətçinin saxta ittihamlarla uzun müddət həbsdə saxlanılması, ölkənin və demokratik dəyərlərin ziyanınadır. Azərbaycan hökuməti bir qrup ehtiras əsiri olan qəsbkarın girovuna çevrilərək, yüzlərlə istedadlı və mübariz azərbaycanlını həbsə salır.

Hakimiyyətin bu qərarını alqışlamırıq, İlqar Məmmədovun həbsə salınması və uzun müddət azadlıqdan məhrum edilməsi çox böyük səhv idi. Biz bütün siyasi məhbusların qeyd-şərtsiz azad olunmasını tələb edirik. Sonuncu siyasi məhbusun azad olunacağı günə qədər mübarizə aparacağıq.

Bir daha İlqar Məmmədovu, REAl-ı və ümumilikdə Azərbaycan cəmiyyətini təbrik edirik!”

Bənzər yazılar

Back to top button